Karib dənizində qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Karib dənizində qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb
# 18 dekabr 2020 01:48 (UTC +04:00)

Karib dənizində venesuelalı miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 28 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın Baş Prokuroru Tarek Uilliam Saab dövlət televiziyasına açıqlamasında bildirib.

Hadisə Trinidad və Tobaqo bölgəsində baş verib.

Qeyd edək ki, daha əvvəl Reuters ölənlərin 20 nəfər olduğunu yazmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR