Kolumbiyada 14 hərbçi Venesuelaya keçən katerlərə görə ordudan qovulub

Kolumbiyada 14 hərbçi Venesuelaya keçən katerlərə görə ordudan qovulub
# 13 may 2020 08:34 (UTC +04:00)

Kolumbiyada 14 hərbi qulluqçu motorlu qayıq insidentinə görə ordu sıralarından kənarlaşdırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Milli Hərbi-Dəniz Qüvvələrinin komandanı Emilio Ramires yerli FM radiostansiyasına bildirib.

“51 nömrəli dəniz piyadaları batalyonunun komandiri olan polkovnik, operativ bölmənin rəhbəri və rabitə bölmələri batalyonunun komandiri olan kapitan, eləcə də katerlərə görə məsul olan üç unter-zabit və doqquz dəniz piyadası HDQ-dən qovulub”, - deyə Ramires açıqlayıb.

Qeyd edək ki, şənbə günü Venesuela Müdafiə Nazirliyi Bolivar ştatında üzərində Kolumbiya Hərbi-Dəniz Qüvvələrinin (HDQ) emblemi olan “Boston Wheeler” tipli, heyət tərəfindən tərk edilmiş və pulemyot quraşdırılmış üç hərbi kater aşkar edildiyini açıqlayıb. Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, kolumbiyalı həmkarı İvan Duke özü müraciət edərsə, katerlər geri qaytarılacaq.

Venesuela Daxili İşlər Nazirliyi isə əlavə edib ki, La-Quayra ştatı sularında Kolumbiya hərbçilərinin sürət katerləri ilə dəniz hücumunun qarşısı alınıb. Ölkənin təsisçi iclasının rəhbəri 8 hücumçunun öldürüldüyünü elan edib. Venesuela Prezidenti Nikolas Maduro hücumun məqsədinin ona qarşı sui-qəsd olduğunu deyib və bildirib ki, əməliyyat zamanı 44 sərhəd pozucusu tutulub, həbs olunanlar arasında Amerika Prezidentinin şəxsi mühafizəçisi hesab olunan iki ABŞ vətəndaşı da var. ABŞ və Kolumbiya hökuməti isə bu hadisələrlə heç bir əlaqələrinin olmadığını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR