Kolumbiyada 2 avtobusun toqquşması nəticəsində 34 sərnişin xəsarət alıb

Kolumbiyada 2 avtobusun toqquşması nəticəsində 34 sərnişin xəsarət alıb
# 23 yanvar 2020 04:12 (UTC +04:00)

Kolumbiyada iki sərnişin avtobusu toqquşub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü RSN radiosu məlumat yayıb.

Bukaramanqa şəhərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı 34 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlarda ikisinin azyaşlı olduğu bildirilib.

İlkin məlumata görə, avtobuslardan birinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış digər avtobusa çırpıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR