Kolumbiyada asma körpünün çökməsi nəticəsində 5 nəfər ölüb

Kolumbiyada asma körpünün çökməsi nəticəsində 5 nəfər ölüb
# 23 oktyabr 2020 08:51 (UTC +04:00)

Kolumbiyanın şimal-qərbində asma körpünün çökməsi nəticəsində 5 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli “La FM” radiosu məlumat yayıb.

Hadisə cümə axşamı günortadan sonra Nekokli bələdiyyəsində baş verib. Sərnişin dolu mikroavtobus çayı keçərkən ağırlığa tab gətirməyən körpü çöküb.

Faktla bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR