Kolumbiyada hərbi helikopterin qəzaya uğradığı yerdə 9 əsgərin cəsədi aşkarlanıb - YENİLƏNİB

Kolumbiyada hərbi helikopterin qəzaya uğradığı yerdə 9 əsgərin cəsədi aşkarlanıb - YENİLƏNİB
# 22 iyul 2020 03:50 (UTC +04:00)

Kolumbiyanın cənub-şərqində qəzaya uğrayan “Black Hawk” helikopterində olan 9 əsgərin cəsədi Axtarış qrupu tərəfindən aşkar olunub.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan helikopterdə olan daha iki hərbçinin axtarışı davam edir.

Bildirilir ki, helikopterin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

***

Saat 00:54

Kolumbiyanın cənub-şərqində “Black Hawk” tipli hərbi helikopterinin qəzaya uğraması nəticəsində azı 6 nəfər xəsarət alıb, 11 nəfərin isə itkin düşdüyü bildirilir.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə naziri Karlos Olmes Truxilyo açıqlama verib.

“Kolumbiya Silahlı Qüvvələrinin komandanı göyərtəsində 17 əsgərin olduğu “UH-60 Black Hawk” tipli helikopterin qəzaya uğramasından sonra xilasetmə əməliyyatına rəhbərlik üçün Mitu bələdiyyəsindədir. Yaralılar Boqotaya aparılacaq. Artıq bütün səylər təyyarə qəzasından sonra itkin düşən 11 əsgərin tapılması və xilas edilməsinə yönəlib”, - deyə Truxilyo öz “Twitter” səhifəsində yazıb.

Helikopterin düşmə səbəbləri araşdırılır. Bundan əvvəl silahlı qüvvələrin nümayəndələri helikopterlə əlaqəni itirdiklərini bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR