Kolumbiyada minanın partlaması nəticəsində iki hərbçi ölüb

Kolumbiyada minanın partlaması nəticəsində iki hərbçi ölüb
# 10 sentyabr 2020 04:28 (UTC +04:00)

Kolumbiyanın qərbində baş vermiş mina partlaması nəticəsində silahlı qüvvələrin azı iki üzvü ölüb.

APA xəbər verir ki, bu barədə “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə Tumako bələdiyyəsində baş verib. Hərbçilər ​​narkotik tərkibli bitkilərin məhv edilməsi əməliyyatında iştirak edərkən partlayıcı qurğu işə düşüb. İki əsgər hadisə yerində ölüb.

Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR