Kolumbiyada mərminin partlaması nəticəsində 7 nəfər yaralanıb

Kolumbiyada mərminin partlaması nəticəsində 7 nəfər yaralanıb
# 11 fevral 2021 07:35 (UTC +04:00)

Kolumbiyanın qərbində mərmi partlaması nəticəsində azı yeddi nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə Toribio bələdiyyəsində baş verib. Kolumbiya əsgərləri ilə keçmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” üsyançı təşkilatının üzvləri arasında baş verən qarşıdurma zamanı mərmilərdən biri yaşayış binasının həyətinə düşərək partlayıb. Nəticədə yeddi mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR