Kolumbiyada şaxtada partlayış olub

Kolumbiyada şaxtada partlayış olub
  • Clock-gray 05:51
  • calendar-gray 05 Aprel 2020

Kolumbiyanın mərkəzində yerləşən şaxtaların birində baş vermis partlayış nəticəsində 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Semana” jurnalı məlumat yayıb.

Məlumata görə, insident Kukunuba bələdiyyəsində, Pueblo Vyexo kəndindəki kömür mədənində meydana gəlib. Nəticədə 11 şaxtaçı hadisə yerində keçinib. Xilasedicilər dağıntılar yalnız dördünü çıxara bilib.

İnsidentin təfərrüatları araşdırılır. İlkin ehtimala görə, partlayışa səbəb metan qazının şaxtaya sızması olub.

apa-logo-mini

Digər xəbərlər