Kolumbiyada silahlı insident zamanı 6 nəfər ölüb

Kolumbiyada silahlı insident zamanı 6 nəfər ölüb
# 08 sentyabr 2020 03:56 (UTC +04:00)

Kolumbiyanın şimal-qərbində törədilmiş silahlı hücum zamanı azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Saraqosa bələdiyyəsində baş verib. Bir qrup silahlı şəxs beş mədənçini və bilyard klubunun sahibini güllələyiblər.

İstintaq qrupu hadisə ilə bağlı araşdırmalara başlayıb. Əraziyə əlavə qüvvələrin göndərildiyi qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR