Kolumbiyada sərnişin təyyarəsi qəza enişi edib

Kolumbiyada sərnişin təyyarəsi qəza enişi edib
# 01 fevral 2020 07:40 (UTC +04:00)

Kolumbiyanın Avianca aviaşirkətinə məxsus və Boqotadan Santa-Martaya uçan sərnişin təyyarəsi texniki problem səbəbindən Barrankilye hava limanına təcili eniş edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kolumbiya Mülki Aviasiya Təşkilatı bildirib.

“Mülki Aviasiya Administrasiyası bildirir ki, səhər saat 8:30 radələrində Boqota-Santa Marta marşrutu ilə uçan 8484 nömrəli təyyarə turbinlərin sıradan çıxması səbəbindən təcili Barrankilye hava limanına yola düşüb”, - deyə qurum tərəfindən “Twitter”də yayımlanan hesabatda deyilir. Hadisə xəsarətsiz ötüşüb.

“El Tiempo” qəzetinin məlumatına görə, təyyarədə 124 sərnişin olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR