Kolumbiyada təyyarə eniş zamanı hava balonu ilə toqquşub

Kolumbiyada təyyarə eniş zamanı hava balonu ilə toqquşub
  • Clock-gray 08:27
  • calendar-gray 02 Yanvar 2021

“Avianca” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Boqotada hava limanına enərkən çox da böyük olmayan hava balonu ilə toqquşub.

APA xəbər verir ki, bu barədə “II Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə El Dorado hava limanında baş verib. Eniş zamanı təyyarənin qanadı şara toxunub. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, şar Yeni il şənlikləri ərəfəsində yaxınlıqda yaşayan sakinlər tərəfindən havaya buraxılıb.

apa-logo-mini

Digər xəbərlər