Kolumbiyada təyyarə qəzasında 2 nəfər ölüb

Kolumbiyada təyyarə qəzasında 2 nəfər ölüb
# 09 mart 2020 07:36 (UTC +04:00)

Kolumbiyanın mərkəzində, Tolima şəhərində təyyarə qəzası baş verib. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib.

APA TASS-a istinadən xəbər verir ki, bunu şəhərin Mülki müdafiə departamentinin direktoru mayor Luis Fernando Veles açıqlamasında deyib.

Yerli “La FM” radiosu direktorun açıqlamasına istinadən bildirib ki, xilasetmə agentliyi və polis qüvvələri artıq qəza bölgəsinə cəlb edilib: “Hadisə yerindəki əməkdaşların məruzəsinə görə, qəzada 2 nəfər ölüb”.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin səbəbləri ilə bağlı araşdırma başlanılıb. Qəzaya uğrayan təyyarənin uçuş marşrutu müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR