İki gün əvvəl Kolumbiyanın cənub-şərqində “Black Hawk” vertolyotunun qəzaya uğraması nəticəsində həlak olan daha 2 əsgərin cəsədi tapılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin nümayəndələri bildirib.
Cəsədlərin əvvəlcə Vaupesin departamentinin inzibati ərazisi olan Mitu şəhərinə, daha sonra isə paytaxt Boqotaya göndəriləcəyi açıqlanıb.