Kolumbiyanın şimalında 5 nəfər naməlum şəxslər tərəfindən öldürülüb

Kolumbiyanın şimalında 5 nəfər naməlum şəxslər tərəfindən öldürülüb
# 26 oktyabr 2020 04:53 (UTC +04:00)

Kolumbiyanın şimalında baş verən naməlum şəxslərin silahlı hücumu nəticəsində azı beş nəfər öldürülüb.

APA xəbər verir ki, bu barədə “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə San-Benito-Abad və San-Markos bələdiyyələrinin sərhədində baş verib. Naməlum şəxslər beş nəfəri güllələyiblər. Onların cəsədləri sonradan qonşular tərəfindən aşkarlanıb.

İnsidentlə bağlı istintaq araşdırmaları aparılır. Bölgəyə əlavə ordu və polis qüvvələri göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR