Konqres Trampın İrana qarşı güc tətbiq etmək imkanlarını məhdudlaşdıran qətnaməni bəyənib

Konqres Trampın İrana qarşı güc tətbiq etmək imkanlarını məhdudlaşdıran qətnaməni bəyənib
# 10 yanvar 2020 05:37 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatası qanunvericilərin müvafiq icazəsi olmadan prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə etk imkanlarını məhdudlaşdıran qətnaməni təsdiqləyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, iclas qanunverici orqanın aşağı palatasının saytında yayımlanıb.

Qətnamə “ABŞ-a silahlı hücum” baş vermədiyi müddətcə və ya ABŞ administrasiyası Konqresdən icazə alana qədər İrana qarşı və ya onun ərazisində hərbi əməliyyatlara başlamağa icazə vermir.

Bənzər qətnamə respublikaçıların nəzarətində olan Senata təqdim edilib. Qətnamənin yuxarı palata tərəfindən də qəbul ediləcəyi istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR