Kuba koronavirusla mübarizə üçün İtaliyaya tibbi briqada göndərəcək

Kuba koronavirusla mübarizə üçün İtaliyaya tibbi briqada göndərəcək
  • Clock-gray 11:29
  • calendar-gray 22 Mart 2020

Kuba yeni tip koronavirus (Covid-19) pandemiyası ilə mübarizə çərçivəsində İtaliyaya tibbi briqada göndərəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, 52 nəfərlik tibbi heyətdən ibarət qrup bu gün İtaliyanın koronavirusdan ən çox təsirlənən Lombardiya vilayətinə yola düşəcək.

Bu artıq 6-cı tibbi briqadadır ki, Kuba koronavirusla mübarizə üçün müxtəlif ölkələrə göndərir. Kubalı həkimlər Venesuela, Nikaraqua, Yamayka, Surinam və Qrenadada koronavirusla mübarizədə yerli həkimlərə kömək edirlər.

Zümrüd Paşkin

Digər xəbərlər