Maduro COVID-19 peyvəndi qarşılığında istehsalçı ölkələrə neft vəd verib

Maduro COVID-19 peyvəndi qarşılığında istehsalçı ölkələrə neft vəd verib
  • Clock-gray 08:36
  • calendar-gray 29 Mart 2021

Venesuela prezidenti Nikolas Maduro koronavirusa qarşı peyvənd qarşılığında onu istehsal edən ölkələrə neft tədarükünün mümkünlüyünü qəbul edir.

APA TASS-a istinadən xəbər verir ki, belə bir açıqlamanı Maduro “Venezolana de Television” telekanalı vasitəsilə edib.

“Venesuelada neft tankerləri var, onun müştəriləri də var. Ölkə öz məhsullarının bir hissəsini ehtiyac olan peyvəndlərin tədarükünə zəmanət üçün ayıracaq. Peyvənd qarşılığında neft”, - prezident belə deyib.

Rəsmi məlumatlara görə, Venesuelada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxanların sayı 156 mini keçib, 1555 nəfər isə bu virusdan ölüb.

apa-logo-mini

Digər xəbərlər