Mayın 3-də Boliviyada Prezident seçkiləri keçiriləcək

Mayın 3-də Boliviyada Prezident seçkiləri keçiriləcək
# 04 yanvar 2020 11:07 (UTC +04:00)

Mayın 3-də Boliviyada Prezident seçkiləri keçiriləcək.

APA-nın "France24" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Boliviya Ali Seçki Tribunalının vitse-prezidenti Oskar Hassenteufel deyib.

"May ayının ilk bazar günü ölkədə prezident seçkisi keçiriləcək", - deyə o bildirib.

Qeyd edək ki, mayın ilk bazar günü ayın 3-ə təsadüf edir.

2019-cu ilin oktyabrın 20-də Boliviyada prezident seçkisi keçirilib və 14 ildir, hakimiyyətdə olan Evo Morales dördüncü dəfə Prezident seçildiyini bəyan edib. Lakin kütləvi etiraz aksiyalarından və ordunun dəstəyini itirdikdən sonra noyabrda E.Morales istefa verib və Meksikada siyasi sığınacaq alıb.

Hazırda Boliviyanın keçid prezidenti Janine Anezdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR