Mayk Pens İraqa qəfil səfər edib

Mayk Pens İraqa qəfil səfər edib
# 23 noyabr 2019 16:20 (UTC +04:00)

Bu gün ABŞ vitse-prezidenti Mayk Pens İraqa elan olunmayan səfər edib.

APA-nın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

M. Pens Bağdadın qərbində yerləşən Ayn əl-Əsəd hərbi hava bazasında ABŞ hərbçilərinə baş çəkib.

Qeyd edək Ki, 2018-ci il dekabrın 26-da ABŞ Prezidenti Donald Tramp da İraqa qəfil səfər edib, ABŞ hərbçiləri ilə görüşmüşdü. D. Tramp bəyan etmişdi ki, İraqdan qoşunları çıxarmağı planlaşdırmır, bu ölkə Suriyada terrorçulara qarşı əməliyyatlar üçün baza ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR