Mayk Pompeo və Vladimir Zelenski arasında telefon danışığı olub

Mayk Pompeo və Vladimir Zelenski arasında telefon danışığı olub
  • Clock-gray 17:57
  • calendar-gray 10 Yanvar 2020

ABŞ Dövlət katibi Mayk Pompeo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Mayk Pompeo "Twitter"də yazıb.

"Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "PS752" təyyarəsinin faciəvi qəzasında həyatını itirənlərlə bağlı başsağlığımı vermək üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdım. Biz Ukraynanın yanındayıq və davam edən istintaqa öz dəstəyimizi və köməyimizi verməyə hazırıq", - deyə ABŞ Dövlət katibi qeyd edib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər. Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarəyə raketin dəydiyinə dair versiyanın istisna olunmadığını, lakin bunun hələlik təsdiqlənmədiyini bildirib.

Ukrayna Xarici İşlər naziri Vadim Pristayko isə Prezident Zelenskinin bu gün ABŞ nümayəndələri ilə görüşdüyünü və onların Ukrayna tərəfinə bu qəza ilə bağlı vacib məlumatlar təqdim etdiyini bildirib.

Zümrüd Paşkin

Digər xəbərlər