Meksika sahillərində 5,8 maqnitudalı zəlzələ olub

Meksika sahillərində 5,8 maqnitudalı zəlzələ olub
# 23 dekabr 2020 07:18 (UTC +04:00)

Sakit Okeanın şərqində, Meksika sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Akapulko şəhərindən 1015 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Bu bölgə yüksək seysmik və vulkanik aktivliyi ilə xarakterizə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR