Meksikada COVID-19-a yoluxanların sayı 110 mini keçib

Meksikada COVID-19-a yoluxanların sayı 110 mini keçib
# 06 iyun 2020 07:15 (UTC +04:00)

Meksikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 110 mini keçib, sutka ərzində burada 645 nəfər virusdan ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia bildirib.

“Epidemiyanın başlanğıcından bəri COVID-19-a yoluxanların ümumi sayı 110 026 nəfərdir, onların beşdə-birindən də az hissəsində son 14 gündə simptomlar aşkar edilib və aktiv yoluxma hallarıdır”, - Alomia qurumun Twitter” səhifəsində onlayn mətbuat konfransı zamanı belə deyib.

Son sutka ərzində 4346 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, virusdan ölən xəstələrin sayı sisə 645 nəfər artaraq 13 170 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR