Meksikada COVID-19-a yoluxanların sayı 331 mini keçib

Meksikada COVID-19-a yoluxanların sayı 331 mini keçib
# 18 iyul 2020 08:24 (UTC +04:00)

Meksikada son sutkada 7257 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 331 298-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 736 nəfər isə dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

“13 iyul 2020-ci il tarixinə olan məlumata əsasən, COVID-19 infeksiyasına 331 298 yoluxma halı təsdiqlənib, 84 552 aktiv (simptomlar son 14 gün ərzində ortaya çıxıb) və 85 877 şübhəli yoluxma faktı var”, - deyə nazir müavini özünün “Twitter” səhifəsində bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 736 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 38 310-dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR