Meksikada Milli Qvardiyanın patrul dəstəsinə hücum zamanı 8 nəfər ölüb

Meksikada Milli Qvardiyanın patrul dəstəsinə hücum zamanı 8 nəfər ölüb
  • Clock-gray 06:22
  • calendar-gray 18 Dekabr 2019

Çərşənbə axşamı Meksika Milli Qvardiyasının Quanaxuato ştatında patrul xidməti aparan əməkdaşlarına silahlı hücum edilib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın “twitter” hesabında məlumat verilib. 

Qeyd edilib ki, Quanaxuato ştatının Venado de Yostiro şəhərində xidmət aparan patrul dəstəsinə silahlı mülki şəxslər hücum edib. Tərəflər arasında baş vermiş qarşıdurma nəticəsində hücum edənlərdən 7 nəfər, patrul xidmətinin əməkdaşlarından isə 1 nəfər öldürülüb. 

Hücum edənlərin hansı kriminal birliyə məxsus olduğu hələlik məlum deyil.

Qeyd edək ki, 2019-cu ildə Quanaxuato Meksikanın ən kriminal ştatı olub. İlin əvvəlindən bəri burada 65 asayiş keşikçisi öldürülüb.

Bu ilin 10 ayı ərzində Meksikada 29,5 mindən çox insan öldürülüb. Prezident Andres Manuel Lopez Obrador ayın əvvəlində etdiyi çıxış zamanı ölkədə cinayətkarlığın azaldılmasını hökumətinin qarşısında duran əsas məsələ adlandırıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər