Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində partlayış baş verib

Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində partlayış baş verib
# 21 iyul 2020 06:18 (UTC +04:00)

Meksikanın "Pemex" neft-qaz şirkətinə aid boru kəmərində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Verakruz ştatının Posa-Rika şəhərinin La Barita rayonunda baş verib.

Ölkənin regional Mülki Müdafiə Agentliyinin yaydığı məlumatda bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri barədə məlumat açıqlanmayıb.

Şirkət rəsmiləri qeyd edib ki, təhlükə aradan qaldırılıb, boru kəmərinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, “Pemex” şirkətinin İdalqo ştatının Tlahuelilpan bələdiyyəsi ərazisindən keçən hissəsindəki boru kəmərində 2019-cu ilin yanvar ayında da partlayış baş vermişdi. Təxminən 70 nəfər yerində ölmüş, yanıq xəsarəti alan 60-dan çox insan isə xəstəxanada dünyasını dəyişmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR