Meksikada avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölüb

Meksikada avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölüb
# 03 fevral 2020 06:09 (UTC +04:00)

Meksikanın San-Luis-Potosi ştatının Siudad-Fernandes bələdiyyəsində altı nəfərin olduğu avtomobil kanala düşüb. Nəticədə dördü qadın olmaqla beş nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Televisa” telekanalı məlumat yayıb.

Avtomobili kanaldan çıxaran xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, ölənlər, çox güman ki, sərxoş vəziyyətdə olublar.

Hüquq-mühafizə orqanları hazırda insidentin səbəblərini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR