Meksikada bir gündə 6149 nəfər COVID-19-a yoluxub

Meksikada bir gündə 6149 nəfər COVID-19-a yoluxub
# 16 iyul 2020 08:31 (UTC +04:00)

Meksikada son sutkada 6149 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 317 635-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 579 nəfər isə dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 579 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 36 906-dır.

Qeyd edək ki, bu günə qədər ölkənin 32 ştatından 17-də epidemiya təhlükəsinin səviyyəsi maksimumdan yüksək səviyyəyə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR