Meksikada bir gündə 625 nəfər koronavirusdan ölüb

Meksikada bir gündə 625 nəfər koronavirusdan ölüb
# 21 avqust 2020 08:29 (UTC +04:00)

Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 6775 yeni yoluxma və 625 ölüm faktı qeydə alınıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölkədə indiyədək ümumilikdə 543 806 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 59 106 nəfər dünyasını dəyişib. Hökumət virusa yoluxmuş insanların real sayının təsdiqlənmiş yoluxma hallarından daha çox olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR