Meksikada gün ərzində 1906 nəfər koronavirusa yoluxub

Meksikada gün ərzində 1906 nəfər koronavirusa yoluxub
  • Clock-gray 05:43
  • calendar-gray 09 May 2020

Meksikada indiyədək koronavirusa yoluxanların sayı 31 522-yə çatıb, onlardan 3160 nəfəri ölüb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Meksikada 31 522 COVID-19-a yoluxma faktı var, onların dörddə biri aktivdir”, - deyə Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia gündəlik mətbuat konfransı zamanı bildirib.

Məlumata görə, son sutka ərzində 1906 nəfərdə koronavirus infeksiyası aşkar olunub. Virusdan ölənlərin sayı isə 199 nəfər də artaraq 3160-a çtıb. Daha 254 ölüm faktının koronavirus səbəbindən baş verməsinə dair şübhələr araşdırılır.

apa-logo-mini

Digər xəbərlər