Meksikada hərbi avtomobil aşıb, 6 hərbçi ölüb

Meksikada hərbi avtomobil aşıb, 6 hərbçi ölüb
# 26 iyun 2020 06:42 (UTC +04:00)

Meksikanın Aşağı Kaliforniya ştatının Tixuana şəhəri ərazisində orduya məxsus avtomobil aşıb. Nəticədə 6 hərbi qulluqçu hadisə yerində ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Luis Kresensio Sandoval Twitter” səhifəsində yazıb.

“Bu gün orduya aid avtomobil avtoqəzaya uğrayıb, təəssüf ki, nəticədə altı əməkdaşımız ölüb, daha dörd nəfər travma alıb. Mən onların bütün müalicəsinə nəzarət edəcəm”, - deyə nazir öz paylaşımında bildirib.

Hadisənin baş verməsi səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR