Meksikada iki kruiz gəmisi toqquşub

Meksikada iki kruiz gəmisi toqquşub
# 21 dekabr 2019 00:53 (UTC +04:00)

Meksikanın Karib dənizindəki Kosumel adasında iki kruiz gəmisi körpüyə yaxınlaşmaq istəyərkən toqquşub.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində sərnişinlərdən biri zərər çəkib.

Bildirilir ki, toqquşmada iştirak edən hər iki gəmi ən böyük kruiz gəmi operatoru “Carnival”a məxsusdur.

Meksika rəsmiləri hadisənin səbəbləri ilə əlaqədar araşdırmalara başlayıb. Məlumata görə, toqquşma səbəbindən azı üç kruiz gəmisi marşrutlarını dəyişdirməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR