Meksikada koronavirus qurbanlarının sayı 60 mini keçib

Meksikada koronavirus qurbanlarının sayı 60 mini keçib
# 23 avqust 2020 07:32 (UTC +04:00)

Meksikada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 6482 yeni yoluxma və 644 ölüm faktı qeydə alınıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ölkədə indiyədək ümumilikdə 556 216 nəfərdə koronavirus aşkar olunub ki, onlardan 60 254 nəfər dünyasını dəyişib. Hökumət virusa yoluxmuş insanların real sayının təsdiqlənmiş yoluxma hallarından daha çox olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR