Meksikada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Meksikada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb
  • Clock-gray 06:21
  • calendar-gray 15 Noyabr 2020

Meksikada koronavirusa yoluxanların ümumi sayı 1 003 253-ə çatıb.

APA xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin sağlamlığın möhkəmləndirilməsi şöbəsinin müdiri Rikardo Kortes Alkala mətbuat konfransında açıqlayıb.

Məlumata görə, son bir gündə Meksikada 5860 nəfərin koronavirus testi müsbət nəticə verib. Bu xəstəlikdən ölənlərin sayı 98 259 nəfərdir, son 24 saat ərzində 635 ölüm qeydə alınıb. İndiyə qədər 745 mindən çox insan sağalıb.

apa-logo-mini

Digər xəbərlər