Meksikada koronavirusdan ölüm sayı 40 mini keçib

Meksikada koronavirusdan ölüm sayı 40 mini keçib
# 22 iyul 2020 08:27 (UTC +04:00)

Meksikada son sutkada 6859 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 356 255-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 915 nəfər isə dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin son məlumatında bildirilib.

Məlumata əsasən, COVID-19 infeksiyasına yoluxma nəticəsində ümumilikdə 40 400 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Meksika koronavirusdan ölənlərin sayına görə ABŞ (140 957), Braziliya (80 120) və Böyük Britaniyadan sonra (45 397) dördüncü yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR