Meksikada kütləvi məzarlıq aşkarlanıb

Meksikada kütləvi məzarlıq aşkarlanıb
# 18 iyul 2020 17:50 (UTC +04:00)

Meksikanın Halisko ştatında 23 nəfərin cəsədi və 4 çanta insan qalıqlarının kütləvi dəfn olunduğu yer aşkarlanıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli prokurorluq məlumat yayıb.

Bildirilib ki, cəsədlər El Pedreqal qəsəbəsinin ərazisində itkin düşən insanların axtarış əməliyyatı zamanı aşkarlanıb.

Qeyd olunub ki, bu ştat ərazisində tapılan ilk kütləvi məzarlıq deyil.

Meksika Daxili İşlər nazirinin müavini Aleksandro Ensinas 2006-cı ildən, yəni narkokartellərlə müharibə başlayandan 60 min nəfərdən çox insanın itkin düşdüyünü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR