Meksikada narkokartel üzvlərinin hücumu zamanı 5 nəfər öldürülüb

Meksikada narkokartel üzvlərinin hücumu zamanı 5 nəfər öldürülüb
# 01 dekabr 2019 04:51 (UTC +04:00)

Meksikada Şimal-Şərqi narkokartelin üzvləri olduğu ehtimal edilən silahlılar Vilya Unyon bələdiyyəsi administrasiyasına hücum edib, nəticədə 5 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koauila ştatının rəhbərliyi məlumat yyaıb.

Şimal-Şərqi kartel üzvü olduğu güman edilən şəxslər Vilya Unyon bələdiyyəsi administrasiyasının binasına və polis bölməsinə hücum edib, nəticədə 5 silahlı şəxs öldürülüb”, - deyə məlumatda qeyd olunur.

Şahidlərin bildirdiyinə görə, cinayətkarlar 5 min əhalisi olan şəhərciyə yeddi avtomobildə gəliblər və dövlət binalarına atəş açıblar. Bundan sonra polis, prokurorluq və ordu qüvvələrinin birgə əməliyyatı çərçivəsində cinayətkarların atəş açdığı zirehli avtomobil məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR