Meksikada neft emalı zavodunda partlayış baş verib

Meksikada neft emalı zavodunda partlayış baş verib
# 11 dekabr 2020 06:44 (UTC +04:00)

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatının Kadereyta bələdiyyəsində neft emalı zavodunda azı iki partlayış baş verib, bir neçə işçi xəsarət alıb.

APA xəbər verir ki, bu barədə regionun qubernatoru Xayme Rodriqes Kalderon Twitterdə səhifəsində bildirib.

Xilasetmə xidməti Kadereytadakı neft emalı zavodunda qaz yığılması səbəbindən iki partlayışın qeydə alınması barədə mənə məlumat verib. Mənə bildiriblər ki, yüngül xəsarətlər almış 5 nəfər yardım göstərilməsi üçün xəstəxanaya aparılıb”, - məlumatda belə deyilir.

Hazırda müəssisədəki vəziyyət nəzarət altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR