Meksikada qatar avtomobili vurub, ölənlər var

Meksikada qatar avtomobili vurub, ölənlər var
  • Clock-gray 05:58
  • calendar-gray 10 Mart 2020

Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında yük qatarı avtomobillə toqquşub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli “Televisa” telekanalı məlumat yayıb.

Məlumata görə, avtoqəza zamanı 3 nəfər ölüb, onların eyni ailənin üzvləri olduğu deyilir.

Polis hadisənin səbəblərini araşdırır.

Bildirilir ki, avtomobilin sürücüsü qatar gələnə qədər dəmir yolu keçidini keçmək istəyib, ancaq imkan edə bilməyib. Toqquşmadan sonra qatar avtomobili təxminən 200 metr sürüyüb.

apa-logo-mini

Digər xəbərlər