Meksikada son sutkada 5030 nəfərdə koronavirus aşkarlanıb, 647 nəfər isə ölüb

Meksikada son sutkada 5030 nəfərdə koronavirus aşkarlanıb, 647 nəfər isə ölüb
# 20 iyun 2020 08:24 (UTC +04:00)

Meksikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son sutkada 5030 nəfər artaraq, ümumilikdə 170 mini keçib. 20 mindən çox meksikalı isə bu virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin baş epidemioloqu Xose Luis Alomia öz açıqlamasında deyib.

“Ümumilikdə keçirilmiş 465 867 koronavirus testinin 170 485-də SARS-CoV-2 virusu təsdiqlənib, digər 233 137 nəfərin testinin nəticəsi isə neqativ olub”, - deyə Alomia bildirib.

Həmçinin Meksikada COVID-19 virusundan ölənlərin sayı son sutkada 647 nəfər artaraq 20 394 olub. Daha 1891 ölüm faktının da analiz nəticələri koronavirus şübhəsi ilə araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR