Meksikada yanacaq doldurma məntəqəsinə edilən hücum 6 nəfərin ölümünə səbəb olub

Meksikada yanacaq doldurma məntəqəsinə edilən hücum 6 nəfərin ölümünə səbəb olub
# 29 dekabr 2019 07:13 (UTC +04:00)

Meksikanın mərkəzi ştatlarından olan Quanaxuatoda yanacaqdoldurma məntəqələrinə gələnlərə silahlı hücum nəticəsində 6 nəfər ölüb, daha beş nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.

APA “Milenio” portalına istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

“Hadisə nəticəsində 6 nəfər ölüb, daha 5 yaralı müxtəlif xəstəxanalardadır”, - deyə məlumatda qeyd olunur.

Şahidlərin sözlərinə görə, bir neçə avtomobildə olan silahlılar yanacaqdoldurma məntəqəsində olan insanlara atəş açıblar və sonra aradan çıxıblar. Hücum gecə saat 3-də yerli yarmarkanın yaxınlığında baş verib.

Hadisə yerində İctimai Təhlükəsizlik Nazirliyinin 60 əməkdaşı işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR