Meksikada yol qəzasında kimyəvi maddənin sızması nəticəsində 5 nəfər ölüb, 21 nəfər zəhərlənib

Meksikada yol qəzasında kimyəvi maddənin sızması nəticəsində 5 nəfər ölüb, 21 nəfər zəhərlənib
# 08 dekabr 2019 08:42 (UTC +04:00)

Meksikada sərnişin avtobusu ilə təhlükəli ammiyak maddəsi daşiyan yük maşını toqquşub.

APA “RİA-Novosti”yə istinadən xəbər verir ki, Miçoakan və Qerrero ştatları arasındakı magistral yolda qeydə alınan qəzada 5 nəfər ölüb, 21 nəfər zəhərlənib.

Avtomobillərin toğğuşması nəticəsində yük maşınının qoşqusunda olan ammiyak maddəsi olan çən aşıb və kimyəvi maddə sızaraq ətrafa yayılıb.

Zəhərlənən sərnişinlər Miçiqan dövlət xəstəxanasına yerləşdirilib.

Ölən və xəsarət alanlar arasında uşaqların da olduğu bildirilir.

Kimyəvi maddənin sızdığı ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Müvafiq tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin və Milli Qvardiyanın xilasetmə dəstələri əraziyə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR