Meksikada yük maşınından musiqi qrupunun üzvlərinin yanmış meyitləri tapılıb

Meksikada yük maşınından musiqi qrupunun üzvlərinin yanmış meyitləri tapılıb
# 18 yanvar 2020 11:48 (UTC +04:00)

Meksikada yük maşınından 10 nəfərin yanmış meyiti tapıb.

APA-nın Meksika mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ölkənin cənub-qərbindəki Gerrero ştatının Çilapa de Alvarez rayonunda qeydə alınıb.

Məlumata görə, meyiti tapılan şəxslər yerli əhalinin nümayəndələrindən ibarət olan "Sensasion" musiqi qrupunun üzvləridir. Hadisə ilə bağlı istintaq başlanıb.

İlkin məlumata görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar. Onların öldürüldüyü ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR