Meksikanın üç ştatının 238 mindən çox sakini daşqınlardan ziyan görüb

Meksikanın üç ştatının 238 mindən çox sakini daşqınlardan ziyan görüb
  • Clock-gray 03:42
  • calendar-gray 15 Noyabr 2020

Meksikanın şərqində və cənub-şərqində 238 mindən çox insan güclü yağışların yaratdığı daşqınlar səbəbindən ziyan görüb.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinasiya Ofisi məlumat yayıb.

Dövlət başçısı Andres Manuel Lopez Obrador fəlakətin miqyasını və bərpa işlərinin gedişatını şəxsən qiymətləndirmək üçün günün əvvəlində fəlakətdən ən çox zərər görən Tabasko ştatına baş çəkib.

“Qeyri-adi dərəcədə güclü yağışın Çyapas, Tabasko və Verakrus ştatlarında 238 mindən çox insane ziyan vurması barədə prezidentə məlumat verilib”, - deyə qurumun “Twitter” səhifəsində qeyd olunub.

Böyük Britaniya, Danimarka, İspaniya, Fransa və Rumıniya bu bölgələrin əhalisinə humanitar yardım göndərib. Tabasko və Çyapasdakı daşqınlar azı 30 nəfərin ölümünə səbəb olub. Cərəyanın təsirləri 500-dən çox yaşayış məntəqəsini əhatə edib və on minlərlə evə ziyan vurub.

apa-logo-mini

Digər xəbərlər