Merik Qarlend ABŞ-ın yeni Baş prokuroru kimi and içib

Merik Qarlend ABŞ-ın yeni Baş prokuroru kimi and içib
  • Clock-gray 08:08
  • calendar-gray 12 Mart 2021

ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə axşamı Merik Qarlendin yeni Ədliyyə naziri - Baş prokuror kimi andını qəbul edib.

APA xəbər verir ki, andiçmə mərasimi yerli televiziya kanalları tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, mərasimin Ağ Evə bitişik olan “Eisenhower” inzibati binada baş tutması planlaşdırılırdı. Lakin tədbirdən əvvəl andiçmə mərasimi 44-cü prezident Barak Obamanın rəhbərliyi dövründə olduğu kimi, ABŞ Ədliyyə Nazirliyinin binasında baş tutub.

 

apa-logo-mini

Digər xəbərlər