Milyarderin oğlu yol qəzasında yanaraq ölüb

Milyarderin oğlu yol qəzasında yanaraq ölüb
# 20 dekabr 2020 12:50 (UTC +04:00)

Bridgewater Associates-in qurucusu Ray Dalionun oğlu Devon ABŞ-dakı yol qəzasında ölüb.

APA bildirir ki, bu barədə Associated Press xəbər verir.

Məlumata görə, qəza Qrinviçdə baş verib. Avtomobil səkiyə çıxıb və daha sonra bir mağazaya çırpılaraq alov alıb. Polislər hadisə yerinə gələndə avtomobil tamamilə tüstüyə bürünübmüş.

Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır. İlkin məlumata görə, qəzada avtomobilin yanacaq çəni partlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR