NASA-nın beşinci aparatı Marsa enib

NASA-nın beşinci aparatı Marsa enib
  • Clock-gray 00:57
  • calendar-gray 19 Fevral 2021

ABŞ-ın Aeronavtika və Kosmosun Araşdırılması İdarəsinə (NASA) məxsus “Perseverance” aparatı Marsa eniş edib. Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.

APA NASA-ya istinadən xəbər verir ki, aparatın buraxılması və enməsi onun Mars atmosferinin üst qatına çatacağı zaman baş tutub. Onun sürəti əvvəlcə 20 000 km/saat, daha sonra 3,2 km/saat təşkil edib. Aparatın üç trosla Yezero kraterinə yumşaq şəkildə enməsi gözlənilirdi.

Bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.

“Perseverance” Marsdakı çökmə süxurların xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də göyərtəyə quraşdırılmış xüsusi “kabinet”də bunların nümunələrini toplayacaq. Burada saxlanılan minerallar Marsa göndəriləcək Avropa Kosmik Agentliyi və NASA-nın xüsusi müştərək missiyası ilə planetimizə gətiriləcək. Həmin missiyanın 2026-cı ildən tez baş tutmayacağı da məlumdur.

apa-logo-mini

Digər xəbərlər