Ned Prays: “ABŞ-Rusiya münasibətlərindəki qeyri-sabitliyə görə Moskva məsuliyyət daşıyır”

Ned Prays: “ABŞ-Rusiya münasibətlərindəki qeyri-sabitliyə görə Moskva məsuliyyət daşıyır”
# 09 aprel 2021 00:14 (UTC +04:00)

“Mövcud ABŞ-Rusiya münasibətlərindəki qeyri-sabitliyə görə, Moskva məsuliyyət daşıyır”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi keçirilən brifinqdə bildirib.

Prays qeyd edib ki, daha geniş mənada,(Rusiya Federasiyası ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə can atırıq: “Bununla bərabər, bu anda münasibətlərimizə zərərli hərəkətləri ilə qeyri-sabitlik gətirən Rusiya hökuməti, Kremldir”.

ABŞ diplomatı əlavə edib ki, Prezident Co Bayden də sözügedən məsələdə Rusiyanın cavabdehlik daşıdığını açıq şəkildə bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR