Nensi Pelosi Trampa qarşı impiçment iddiasının hazırlanması ilə bağlı təlimat verib

Nensi Pelosi Trampa qarşı impiçment iddiasının hazırlanması ilə bağlı təlimat verib
  • Clock-gray 18:56
  • calendar-gray 05 Dekabr 2019

ABŞ Prezidenti Donald Trampa qarşı impiçment iddiası hazırlanacaq.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

O, D. Trampa qarşı impiçment iddiasının hazırlanması ilə bağlı təlimat verdiyini qeyd edib.

“Prezidentin hərəkətləri konstitusiyanı ciddi şəkildə pozur. Faktlar mübahisəsizdir. O səlahiyyətlərini öz siyasi mənfəəti naminə istifadə edir”, – deyə N. Pelosi vurğulayıb.

Xatırladaq ki, D. Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Ağ Ev D. Tramp və V. Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb. ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.

Ukrayna Prezidenti isə öz növbəsində vəd edib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.

ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayıb. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date