Nümayəndələr Palatası "Huawei"dən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib

Nümayəndələr Palatası "Huawei"dən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib
  • Clock-gray 12:11
  • calendar-gray 17 Dekabr 2019

ABŞ-ın Nümayəndələr Palatası hökumətin "Huawei" və milli təhlükəsizlik üçün təhdid yarada biləcək digər şirkətlərdən məhsullar almasına əngəl olan qanun layihəsini yekdilliklə qəbul edib.

APA-nın "Hürriyyet"ə istinadən verdiyi xəbərə görə, sözügedən qanun layihəsi bu həftə təsdiqlənməsi üçün Senata göndəriləcək.

Qanun layihəsinin Senatda respublikaçılar və demokratlar tərəfindən dəstəklənəcəyi gözlənilir. 

Eyni zamanda, qanun layihəsi ABŞ-ın kiçik telekommunikasiya təminatçılarına şübhəli texnologiyalardan istifadəni aradan qaldırmaq üçün 1 milyard dollar dəyərində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

Konqresin yaydığı açıqlamada bildirilib ki, "Huawei" kimi şirkətlər ABŞ-ın ticarət və təhlükəsizlik maraqlarına böyük təhlükə yaradır.

Zümrüd Paşkin

Digər xəbərlər