Nyu-York qubernatoru : "Koronavirusdan ölüm sayı azalmaqda davam edir"

Nyu-York qubernatoru : "Koronavirusdan ölüm sayı azalmaqda davam edir"
# 15 iyun 2020 07:10 (UTC +04:00)

"Nyu-York ştatında koronavirusdan ölənlərin sayı azalmaqda davam edir. Son sutka ərzində 23 nəfər dünyasını dəyişib".

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.

Qeyd edək ki, Nyu-York ştatı ölüm və yoluxma sayına görə ABŞ-da epidemiyanın mərkəzi idi. Ştatda pandemiyanın ən ağır dönəmində bir sutkada ölüm sayı 700-dən çox, yoluxma sayı isə 3 mindən artıq qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR